Portuqaliya millisinin sabiq baş məşqçisi Fernando Santuş Polşa yığmasını çalışdırmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "Tvitter" səhifəsində məlumat yayıb.
Tərəflərin 2026-cı ilin yayına qədər müqavilə imzalamağa hazırlaşdığı bildirilir. Hazırda onlar yekun detalları müzakirə edirlər. Müqavilə yaxın vaxtlarda yekunlaşacaq.
Xatırladaq ki, mütəxəssisin rəhbərliyi altında Portuqaliya millisi DÇ-2022-nin 1/4 finalında Mərakeşə (0:1) məğlub olmuşdu. Bu matçdan sonra isə Santuş istefaya göndərilib.