Əfran İsmayılovla Rauf Əliyev "Kəpəz"in sıralarını tərk edib.
Hər iki futbolçu Gəncə klubu ilə müqavilələri olmasına baxmayaraq, oradan ayrılıb.
Məsələ ilə Offsideplus.az-a danışan Əfran İsmayılov bunu təsdiq edib. 34 yaşlı vinger "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiriyə görə iki aylıq maaşından keçdiyini də bildirib: "Kəpəz"dən ayrılmışam. Rəhbərliklə görüşdüm və bu qərara gəldik. İlqar Nadiriyə görə iki aylıq maaşımdan da keçdim".
Xatırladaq ki, "sarı-göylər"in baş məşqçisi Tərlan Əhmədovun hər iki futbolçu ilə konflikti olduğu üçün onlar əvəzedici heyətdə məşq edirdilər.
Qeyd edək ki, məlumatı ilk olaraq "sportal.az" saytı yayıb.