Azərbaycan Premyer Liqasında çıxış edən klubların bəzilərinin rəsmi vebsaytı olmadığı bir vaxtda AFFA Region Liqasında mübarizə aparan "Şəki Siti" komandası bu təşəbbüsü reallaşdırır.
Offsideplus.az-ın məlumatına görə, bölgə təmsilçisinin internet ünvanının adı "Shekicity.com" olacaq. Artıq saytda son tamamlanma işləri aparılır.
Qeyd edək ki, şəkililər bu mövsümdən etibarən Region Liqasında çıxış edirlər.