Türkiyədə toplanışda olan “Kəpəz” klubu məşqləri davam etdirir.
Offsideplus.az xəbər verir ki, son iki gündə Antalyada havanın yağışlı olması hazırlıq prosesinə təsir etməyib.
Futbolçular baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında eyni istək və əzmlə çalışırlar. Viza məsələsinə görə Antalyaya səfərləri ləngiyən Ahmed Ayzaya ilə Abdullahi Şuaybu da artıq bu gündən komanda ilə birgə məşqlərə başlayıblar. Onlar düşərgəyə qoşulan kimi səhər hazırlığında iştirak ediblər.
Bu gün axsam saatlarında kollektiv daha bir məşqə çıxacaq.