Bugünlərdə Kadi Borgesi heyətinə qatan Rusiya “Krasnodar”ı “Qarabağ”ın daha bir legioneri ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, Rusiya Premyer Liqası təmsilçisi Ağdam təmsilçisinin yarımmüdafiəçisi Leandro Andradeni də transfer etmək istəyir.
Bu barədə “Sport-Ekspress” nəşri məlumat yayıb. Tərəflər arasındakı danışıqların davam etdiyi bildirilir.
Qeyd edək ki, “Krasnodar” Kadi Borgesin transferi üçün “Qarabağ”a 5 milyon avro ödəyib.