"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidana bir neçə millidən təklif gəlsə də, o, bu təklifləri qəbul etməyib.
Offsideplus.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Xəbərə görə fransalı mütəxəssis ABŞ, Braziliya və Portuqaliya millilərindən edilən təklifi geri çevirib. Bunun əsas səbəbi kimi isə onun Fransa yığmasını çalışdırmaq istəməsi göstərilir.
Xatırladaq ki, Fransa Futbol Federasiyası Didye Deşamla müqaviləni 2026-cı ilə qədər yeniləyib.
Qeyd edək ki, Zinəddin Zidan 2021-ci ilin yayında "Real"dan ayrıldıqdan sonra işsizdi.