Mekska milli komandasının üzvü Rafael Markes karyerasını bitirib.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı müdafiəçi bu barədə "Twitter" hesabından mlumat yayıb. O, 22 illik futbolçu karyerası ərzində Meksikanın "Atlas" və "Leon", Fransanın "Monako", İspaniyanın "Barselona", ABŞ-ın "Nyu-York Red Bullz" və İtaliyanın "Verona" kimi klublarında çıxış edib. Rafael "Barselona"nın heyətində 4 dəfə İspaniya çempionluğu, 3 dəfə ölkə Super Kuboku, 2 dəfə Çempionlar Liqası və hərəyə bir dəfə İspaniya Super Kuboku, UEFA Super Kuboku və klublararası dünya çempionluğu əldə edib.
Markes Rusiyadakı dünya çempionatında rekord müəyyənləşdirib. O, 5 mundialda çıxış edən yeganə futbolçu olub.