"Bu mövsüm I Divizionda iştirak etmək üçün lazım olan işlərə başlamışıq artıq. AFFA və PFL-ə iştirakımızla bağlı rəsmi müraciətlər olunmaqdadır. Rəsmi danışıqların yekun nəticəsində müsbət cavab gözləyirik həm AFFA-dan, həm də PFL-dən."
Bu sözləri saytımıza açıqlamasında "Şahdağ" klubunun mətbuat katibi Xanbaba Daşdı deyib. O, klubda görülən işlərdən danışıb və bu yaxınlarda artıq "Şövkət Orduxanov" adına Qusar şəhər mərkəzi stadionuna keçəcəklərini bildirib:
"Baş sponsorumuz "Azenko" ASC ilə bununla bağlı tez-tez görüşlərimiz baş tutur. "Azenko"da çox maraqlıdır bizim divizionda iştirak etməyimizə. Bildiyimiz kimi 2017/18 mövsümünü "Region Liqası"nda mübarizə apardıq. Buna baxmayaraq, 2018-2019 mövsümü üçün hazırlıqlarımızı davam etdirmişik bir il ərzində, ən əsası "Şahdağ"ın 6 aşağı yaş qrupu bərpa olundu, və "Şövkət Orduxanov" adına Qusar şəhər mərkəzi stadionunda yenidənqurma işlərinə başlanıldı. Böyük ehtimalla stadion tam hazır olmasa mövsümün ilk ev oyunlarını Qusarda keçirə bilməyəcəyik. İşlər sürətlə davam etdirilir stadionda, ən qısa zamanda çoxdandır arzusunda olduğumuz stadiona qovuşacayıq."