Azərbaycan Kubokunun 1/4 finalında səfərdə Zirə" ilə qarşılaşan "Neftçi" ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Eddi İsrafilov zədələnib. Rəqib futbolçusu İlkin Muradov ona qarşı kobud oynayıb və İsrafilov topuğundan zədə alıb.

Oyunu davam etdirə bilməyən millimizin yarımmüdafiəçisi 52-ci dəqiqədə İsmayıl Zülfüqarlı ilə əvəzlənib. O, meydanı xərəkdə tərk edib.

Hazırda "Zirə" 1:0 hesabı ilə öndədir.