Braziliya millisinin hücumçusu Rişarilson “Ronaldo TV”nin qonağı olub.
Offsideplus.az xəbər verir ki, o, "pentakampeonlar"ın sabiq hücumçusu ilə görüşdə keçmişi xatırlayaraq ağlayıb:
“Bir dəfə səni bir tədbirdə görmüşdüm. Həmin vaxt şəkil çəkdirmək istədim. Amma o qədər adam var idi ki, yaxınlaşa bilmədim. O vaxt çox məyus olmuşdum. Siz bizim ideallarımız idiniz. Roberto Karlos, Kaka, Kafu, Rivaldoya baxaraq böyüdük. İndi isə səninlə bir yerdə oturmuşam. Bu ağlasığmaz bir şeydir”.