PSJ və Fransa yığmasının üzvü Kilian Mbappe xərçəngdən əziyyət çəkən əfsanəvi braziliyalı futbolçu Pele üçün dua etməyə çağırıb.

 
Offsideplus.az  xəbər verir ki, fransalı hücumçu bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“Kral üçün dua edin” - deyə fransız ulduz sosial şəbəkədə paylaşım edib.

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən 82 yaşlı Pele hazırda xəstəxanada müalicəsini davam etdirir.