"Səbail"in baş məşqçisi Mahmud Qurbanov "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, "CBC Sport"a danışan mütəxəssis oyun barədə bu sözləri deyib:
"Birinci hissəyə yaxşı başlamışdıq, qol da vurduq. Öz səhvlərimizdən mərkəzdə top itirdik, qapımızda qol gördük. İkinci hissəyə yaxşı başlamadıq. O da öz səhvimiz idi. Həmişə deyirəm, amma heç bir nəticəsi yoxdur. İkinci hissədə də VAR-a baxmaq lazım idi, oyunçunun əlinə dəymişdi top. Reallıq budur ki, uduzduq. Azından heç-heçəyə layiq idik".
M.Qurbanov komandadakı zədəlilər haqda danışıb: "Zədəlilərimiz var, Martinov, Zakpo, Qustavo... Bunlar da itkilərdir. Ehtiyat qüvvəmiz çox deyil, hamısı cavan oyunçulardır. Demək çətindir, lakin hər halda bunların təsiri var".
Ruslan çoxdandır ki, müalicə alırdı, sağalmışdı. Ona görə meydana buraxdıq, amma köhnə zədəsi özünü göstərdi. Oyundan öncə həkim ilə danışdıq, heç bir problemi yox idi".