“Neftçi”nin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, “Bakcell Arena”dakı “Türk Hava Yolları Lounge”da baş tutan toplantıda əvvəlcə üzvlərə son 5 ildə görülən işlərlə bağlı hesabat verilib. Daha sonra növbəti dövrlər üçün klubun ümumi strategiyası, investisiya planları, infrastruktur layihələri, media və marketinqdə görüləcək işlər haqqında məlumat verilib.
İclasdan sonra Müşahidə Şurasının üzvləri A komanda ilə görüşüb və onlara sabah Premyer Liqanın XVI turunda keçiriləcək “Qarabağ”la görüşdə uğurlar arzulayıblar.