“Səbail”in futbolçusu Rafael Məhərrəmli klubun rəsmi saytına açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, komandasının Azərbaycan Kubokunun 1/8 finalında MOİK üzərində qazandığı qələbə və 1/4 final mərhələsindəki rəqiblə bağlı fikirlərini bölüşüb:
“Azərbaycan Kubokunda ilk matçımızı keçirdik. Təbii ki, meydana qələbə üçün çıxmışdıq. Kubok oyunları hər zaman gərgin olur. Burada rəqibin Divizion və ya Premyer Liqa komandası olmasının fərqi olmur. MOİK-ə qarşı oyunumuz istədiyimiz kimi alındı. Qələbə qazanmağı bacardıq. Hazırda komandamızda əhvali-ruhiyyə yaxşıdır. 1/4 final mərhələsindəyik və rəqibimiz “Sabah”dır. Bu komanda haqqında xüsusi fikir bildirməyə, məncə, ehtiyac yoxdur. Çox güclü rəqibə qarşı oynayacağıq. Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıblar. Lakin dediyim kimi, rəqibin kimliyindən aslı olmayaraq, bizi çətin və bir o qədər də maraqlı oyun gözləyir. Bütün komandalar kimi biz də kuboku qazanmaq istəyirik. Bunun üçün də var gücümüzlə çalışacağıq. Mərhələ adlayıb, irəliləmək istəyirik. Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.