Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi olub.
Offsideplus.az xəbər verir ki, yarışda dövlət qurumlarının komandaları iştirak edir.
İlk oyunda SOCAR və KOBİA komandaları qarşılaşıblar. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda topa ilk zərbəni “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov vurub. Görüş KOBİA-nın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Yeganə qolu KOBİA İdarə Heyətinin sədri, “Zirə” klubunun Müşahidə Şurasının rəhbəri Orxan Məmmədov vurub. Onun vurduğu qola emosional reaksiyası diqqət çəkib