Moldova millisinin futbolçusu Viktor Stıne noyabrın 16-da Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq matçı barədə təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi federasiyanın rəsmi saytına açıqlamasında yoxlama matçlarını səbrsizliklə gözlədiklərini və yaxşı oynamağa çalışacaqlarını bildirib. Stıne nəticə qazanmağın onlar üçün vacib olduğunu bildirib.
Qeyd edək ki, Moldova yığması noyabrın 16-da Azərbaycan, 4 gün sonra Rumıniya ilə üz-üzə gələcək.