Şimali Makedoniya yığmasının heyətində dəyişiklik edilib.
Offsideplus.az yerli federasiyanın saytına istinadən xəbər verir ki, baş məşqçi Blaqoya Milevski düşərgəyə iki yeni hücumçunu milli komandaya dəvət edib.
Onlar "Baçka Topola" ( Serbiya) klubunda çıxış edən Martin Mirtsevski və "Debretsen"in ( Macarıstan) formasını geyinən Dorian Babunskidir. Sözügedən futbolçular zədəli Aleksandr Traykovski və Milan Ristovskini əvəzləyib.
Qeyd edək ki, Şimali Makedoniya yığması noyabrın 17-də Finlandiyanı, noyabrın 20-də isə Azərbaycanı qəbul edəcək.