"Atalanta"nın futbolçusu Merih Demiral Türkiyə millisinin ümümi heyətindən çıxarılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının saytı məlumat yayıb.
Buna səbəb "Atalanta"nın A seriyasının 15-ci turunda "İnter"lə oyundan (2:3) sonra 24 yaşlı müdafiəçinin genişləndirilmiş heyətdən çıxarılmasını tələb etməsi olub.
FİFA-nın Oyunçulatın Statusu və Transferi Təlimatının 1-ci maddəsinin 6-cı bəndinə uyğun olaraq klubun istəyi qəbul olunub.
Qeyd edək ki, Türkiyə millisi noyabrın 16-ı Şotlandiya və noyabrın 19-u isə Çexiya ilə yoxlama oyunu keçirəcək.