“Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan millisinə dəvət olunub.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu millinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.
Gürcüstan yığması toplanış çərçivəsində noyabrın 17-də Mərakeş millisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Kvirkveliya Gürcüstan millisinin heyətində 46 oyun keçirib.