"Sabah"ın futbolçusu Aleksey Kaşuk 21 yaşadək futbolçulardan ibarət Ukrayna milli komandasına dəvət alıb.
Offsideplus.az Ukrayna Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi İsrail (19 noyabr), Gürcüstanla (21 noyabr) yoldaşlıq matçları üçün yığmaya çağırılıb. Kollektiv 15 - 22 noyabrda Gürcüstanda təlim-məşq toplanışı keçirəcək.
Qeyd edək ki, U-21 milli komanda AVRO-2023-ün final mərhələsində çıxış edəcək. Komanda Rumıniya, İspaniya və Xorvatiya ilə B qrupunda mübarizə aparacaq.