Misli Premyer Liqasının 13-cü turunda "Neftçi" səfərdə "Sumqayıt"la qarşılaşır.
Matçdan öncə açıqlanan heyətdə "ağ-qaralar"ın qapıçısı Aqil Məmmədovun adı iştirak ərizəsinə salınmayıb.
Bunun səbəbi ilə maraqlandıq.
Offsideplus.az kluba yaxın mənbələrə istinadən xəbər verir ki, təcrübəli qolkiperin heyətdə yer almaması zədəyə görə deyil, məşqçilərin qərarı ilə bağlıdır.