“Sabah”ın futbolçusu Davit Volkov Azərbaycan çempionatında 30-cu qolunu vurub.
Offsideplus.az xəbər verir ki, Gürcüstanlı legionerin yubileyi Misli Premyer Liqasının XII turuna təsadüf edib.
Davit “Qəbələ” ilə ev görüşündə komandasının qələbə topunu vurub – 2:1. Premyer Liqada 2019-cu ildə debüt edən hücumçu üç klubun heyətində fərqlənib. O, “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 3 qola imza atıb.
Qeyd edək ki, Davitin ilk topu 2019-cu il aprelin 14-də “Keşlə” – “Qəbələ” matçına (1:2) təsadüf edib.