AFFA İntizam Komitəsinin “Zirə" klubunun futbolçusu Coşqun Diniyev barəsində qəbul etdiyi qərara yenidən baxılacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Misli Premyer Liqasının 10-cu turunun “Sabah” – “Zirə” oyununda “Zirə”nin futbolçusu Çoşqun Diniyev oyunun 84-cü dəqiqəsində qırımızı vərəqə alaraq meydanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün 1 oyun cəzalanmış, klub 2400 manat cərimə olunmuşdu.

20.10.2022-ci il tarixində qəbul edilən qərarlar yenidən baxılması üçün AFFA İntizam Komitəsinə göndərilib.