"Sabah"ın zədəli futbolçusu Aleksey Kaşukun son durumu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçinin MRT müayinəsinin cavabı bəlli olub. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov saytımıza açıqlamasında Kaşukun ayağında qırıq olmadığını bildirib:
"Aleksey Kaşukun MRT müayinəsinin nəticəsinə əsasən hər hansı qırıq aşkarlanmayıb. Hazırda müalicəsini davam etdirir. Növbəti matça kimi hazır olub-olmayacağı hələ ki, bəlli deyil".
Qeyd edək ki, Kaşuk Misli Premyer Liqasının XI turunda "Neftçi" ilə matçın 78-ci dəqiqəsində sıradan çıxmışdı.