Misli Premyer Liqasının 11-ci turunda "Sabah"la matçın (2:3) ilk hissəsində zədələnən "Neftçi"nin futbolçusu Yusuf Lavalın durumuna aydınlıq gəlib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, "ağ-qaralar"ın sağlamlıq sponsoru "Liv Bona Dea Hospital"da müayinədən keçib.
Bununla bağlı “Neftçi”nin baş həkimi Şaiq Zöhrablı açıqlamasında bildirib: “Sınığı və daxili orqanlarda zədəsi yoxdur. Sadəcə, möhkəm əzildiyi üçün ağrı hiss edir. Ağrısı azalsa, artıq komandanın növbəti məşqində iştirak edə biləcək”.