Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışı başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, gürcüstanlı yaşıdları ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə uduzub.
Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektivin heyətində 46-cı dəqiqədə Sadiq Şəfiyev fərqlənib.
Xatırladaq ki, oktyabrın 18-də yığmamız gürcülərə 2:1 qalib gəlmişdi.