“Neftçi”nin futbolçusu Azər Əliyevə Azərbaycan vətəndaşlığını təsdiq edən pasport verilib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bunadək "ağ-qaralar"ın heyətində rusiyalı legioner kimi meydana çıxırdı.
Qeyd edək ki, bu ilin yanvar ayında “Neftçi”yə transfer olunmuş Azər Əliyev ağ-qara formada 22 oyun keçirib, 1 qola imza atıb.