Misli Premyer Liqasının XI turunda "Turan Tovuz"la matç (3:0) “Qarabağ”ın futbolçusu Ramil Şeydayev üçün əlamətdar olub.
Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, ev matçı 26 yaşlı hücumçunun Ağdam komandasında çıxdığı 50-ci çempionat oyunu kimi yadda qalıb.
Oyunda fərqlənən Ramil "Qarabağ"da ümumilikdə 25-ci qoluna imza atıb. Ölkə kubokunda 4, avrokuboklarda 3 dəfə qol sevinci yaşayan Ramil çempionatda 18-ci dəfə rəqib qapısına yol taparaq “Qarabağ”dakı ümumi qol sayını 25-ə yüksəldib.