Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə ilk yoldaşlıq oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.
U-18-in heyətində 46-cı dəqiqədə Tuncay Cəfərli və 60-cı dəqiqədə Eşqin Əhmədov fərqlənib. Bu komandalar arasında növbəti oyun oktyabrın 21-də olacaq.