Bu gün AFFA-nın inzibati binasında "AFFA Region Liqası”nın 2022/2023-cü illər mövsümünün püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, Məşqçilər Komitəsinin üzvləri Ağasəlim Mircavadovla Şahin Diniyev, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev iştirak ediblər.
Region Liqasının oyunları 5 regionu əhatə edəcək - Paytaxt və Şimal, Şimal-Qərb və Qərb, Cənub, Mərkəz və Naxçıvan Muxtar Respublikası. Püşkün nəticəsinə uyğun olaraq, I turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:
Paytaxt və Şimal zonası
A qrupu
"Bakı Atletik" – "Mübariz"
"Gənclik" – "Qusar"
"Şirvanovka" – "Dirçəlil"
"Rekord" (istirahət edir)
B qrupu
"Cürət" – "Difai"
İCBFA – "Cəbrayıl"
"Çinar-Zəngilan" – "İrəvan"
"Lokomotiv" (istirahət edir)
Şimal-Qərb və Qərb zonası
"Karvan" – "Göygöl"
"VT Gəncə" - "Ağstafa"
"Qala-Şəmkir" – "Marxal-Şəki"
"Göyəzən" – "Şəki"
Cənub zonası
"Qobustan" – "Xəzər Lənkəran 42"
"Zəfər 44" – "Ərkivan" (Masallı)
"Lerik" – "Neftçala"
Mərkəz zonası
"Ərgünəş" – "Ağsu Siti"
"Araz" (Saatlı) – "İsmayıllı"
"Ağsu-06" – "Füzuli"