Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirilmiş “Olimpiakos”la matçda zədələnən Kadi Borges tibbi müayinədən keçib.
Offsideplus.az xəbər verir ki, onun ayaq əzələsində problem aşkarlanıb.
Lakin braziliyalının zədəsinin çox ciddi olmadığı məlum olub. O, 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq.
Braziliyalı oyunçu Misli Premyer Liqasının 10-cu turunun “Sumqayıt”la sabahkı görüşü buraxacaq. Amma onun Avropa Liqasında Fransada “Nant”la keçiriləcək oyunda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, “Nant” – “Qarabağ” matçı oktyabrın 27-də baş tutacaq.