Qazaxıstana pley-off mərhələsi oyunlarında məğlub olaraq D divizionunda çıxış edən Moldova millisinin baş məşqçisi yerli mətbuata müsahibə verib.

Offsideplus.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Qazaxıstan, Slovakiya və Azərbaycan millilərini "ölü" komanda adlandırıb:

"Qazaxıstan yığma komandasının yerində olmamağımız üçün heyfslənmirik. Hərdən "dostlar"ın mənə "ölü" Qazaxıstanı da məğlub edə bilmədin" deməsi xoşuma gəlmir. Halbuki biz qazaxları bir oyunda məğlub etdik. Sadəcə olaraq, iki görüşün ümumi hesabına görə irəliləyən tərəf onlar oldu. Amma həmin Qazaxıstanın “ölü” heyəti Slovakiya və Azərbaycanın “ölü” komandalarını üstələyərək qrupda birinci yeri tutdu. Biz də hamı üçün “ölü” olacağıq, lakin eyni zamanda, yavaş-yavaş güclənəcəyik və qalib gələrək irəli gedəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Moldova ilə yoldaşlıq oyunu keçirəcək.