Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində ən çox top qazanan komandaların siyahısında qərarlaşıb.
Offsideplus.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv qrupda keçirdiyi 6 görüşdə 248 dəfə buna nail olub.
Komanda bu göstərici ilə 4-cü pillədə yer alıb. Fransa (260) 1-ci, Avstriya (257) 2-ci, Danimarka (251) isə 3-cüdür. İlk "5-liy"i isə Moldova yığması (245) tamamlayır.
Qeyd edək ki, Azərbaycan yığması ötən gün qrup mərhələsinin sonuncu turunda Bakıda Qazaxıstan millisini (3:0) məğlub edİb. Bu nəticə ilə yığma komanda qrupu 10 xalla 2-ci sırada başa vurub.