Millətlər Liqasında sentyabrın 22-də öz meydanında Azərbaycanla üz-üzə gələcək Slovakiya millisi ciddi itkiylə üzləşib.
Offsideplus.az xəbər verir ki, yığmanın hücumçusu İvan Şrants heyətdən çıxarılıb.
"Slaviya" (Çexiya) klubunda çıxış edən futbolçu zədələndiyinə görə heyətdən çıxarılıb. O, bu səbəbdən yığmanın Millətlər Liqasında Azərbaycan və Belarusa qarşı keçirəcəyi oyunları buraxacaq.
Şrantsın əvəzinə milliyə "Slovan"dan David Qrnçar cəlb olunub.
Qeyd edək ki, Slovakiya - Azərbaycan oyunu sentyabrın 22-də Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.