Moldovanın "Balti" klubunda forma geyinən Stanislav Namaşkonun "Kəpəz"ə mümkün transferi son zamanlar gündəmdə idi.
Məsələ ilə bağlı Offsideplus.az-a açıqlama verən Gəncə təmsilçisinin mətbuat katibi Azad Mustafayev sözügedən keçidin mümkün olmadığını bildirib.
Qeyd edək ki, 35 yaşlı qolkiper 2014-2016-cı illərdə AZAL, 2019-2022-ci illərdə isə "Şamaxı"da Tərlan Əhmədovun rəhbərliyi altında oynayıb. 50 yaşlı mütəxəssisin sabiq futbolçusunu "Kəpəz"ə gətirəcəyi ilə bağlı məlumat yayılmışdı.
Offsideplus.az