"Sabah" klubunun futbolçusu Aleksey Kaşuk Ukraynanın U-21 millisinə dəvət olunub.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Ruslan Rotanın Avro-2023-ün Slovakiya ilə pley-off matçları üçün milliyə çağırdığı futbolçular arasında Kaşukun da adı var.
Ukrayna və Slovakiya yığmaları arasında qarşılaşmalar sentyabrın 23-ü və 27-də oynanılacaq.