"Sabah"ın futbolçusu Aleksey Kaşuk 21 yaşadək futbolçulardan ibarət Ukrayna millisinə dəvət olunub.
Offsideplus.az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ruslan Rotan Avro-2023"ün Slovakiya ilə pley-off matçları üçün milliyə çağırdığı futbolçular arasında Kaşukun da adı var. 22 yaşlı yarımmüdafiəçi B siyahısı üçün sifariş olunub.
Ukrayna və Slovakiya arasında qarşılaşmalar sentyabrın 23-ü və 27-də oynanılacaq.
Qeyd edək ki, “Sabah” Kaşuku Ukraynanın “Şaxtyor” klubundan bir illik icarəyə götürüb.