"Sabah" yarımmüdafiə xəttini gücləndirib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Şaxtyor"un (Donetsk) futbolçusu Aleksey Kaşuk icarə əsasında paytaxt təmsilçisində çıxış edəcək. Ukraynalı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kaşuk ötən mövsüm də icarə əsasında "Sabah"ın formasını geyinib.