Misli Premyer Liqasının V turu çərçivəsində baş tutan “Sabah” - “Səbail” matçı 0:0 hesabı ilə yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, “Səbail”in baş məşqçisi Mahmud Qurbanov oyundan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Oyunun çətin olacağını bilirdik. Yaxşı komandaya qarşı oynayırdıq, 4 oyunda 4 qələbə qazanıblar. Uduzmamaq üçün oynadıq, futbolçularımız yaxşı oyun sərgilədi, xüsusilə də müdafiədə. Əks hücumlarımız vardı, ilk hissədə qol epizodu yaratdıq. Düşünürəm ki, ikinci hissədə hakim baxa bilərdi ki, penalti var, yoxsa yox. Uşaqlar əllərindən gələni etdi. Qarşıdakı oyunlara baxacağıq, bizi çətin qarşılaşmalar gözləyir.
- Xalı nəyin hesabına qazandınız?
- Planımız rəqibin sol cinahını bağlamaq idi. Bunu məşq etmişdik, bu gün uşaqlar öhdəsindən gəldi. Qapımızı toxunulmasz saxlamaq istəyirdik, bacardıq.
- “Sabah”ın əvvəl qarşılaşdığı komandaların baş məşqçilərindən Mahmud Qurbanovun fərqi nə idi?
- Heç kimi fərqlədirmək istəmirəm. Əvvəlki 4 baş məşqçi də yaxşıdırlar. Komandamızıa baxırıq, xal ehtiyatımızı çoxaltmaq istəyirik.
- Aqressiv oyun sərgilədiniz. Bu barədə xüsusi tapşırıq vermişdiniz?
- Bütün oyunlarda aqresiv oynamaq istəyirik. Mübahisə olmalıdı və mübahisələrdən qalib ayrılmalıyıq. Uşaqlar bu gün bunu göstərdi. Düşünürəm ki, aqresiyasız oyun yoxdur.
- Murad Musayevlə aranızda münaqişə oldu. Nə baş verdi?
- Elə bir şey demədi. Oyunda emosiyalar olur. Oyundan sonra yaxınlaşdıq, bildirdi ki, emosiyalı olub. O da istəyir ki, komandası udsun. Elə bir narazılıq yox idi. Bir- iki söz atışması oldu.