Rusiyanın "Ximki" klubu Qurban Qurbanovu baş məşqçi postunda görmək istəyib.
Offsideplus.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Ximki" Nikolay Pisarevin gedişindən sonra Qurbanovu komandanın sükanı arxasına gətirmək istəyib. 50 yaşlı mütəxəssis Rusiya təmsilçisinin bu təklifini geri çevirib.
Qurbanovun rədd cavabının səbəbi "köhlən atlar"ın Avropa Liqasında mübarizə aparması olub.
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ı çalışdırır.