Bu gün Klublar Komitəsinin növbəti iclası baş tutub.
Offsideplus.az xəbər verir ki, iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, Premyer Liqada mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.
Sərxan Hacıyev klublara göstəriləcək maliyyə yardımı barədə məlumat verib. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin üzvləri ilə tanışlıq xarakterli danışıqlar aparılıb.
Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov səs çoxluğu ilə növbəti 1 il müddətinə Klublar Komitəsinin yeni sədri seçilib.
Qeyd edək ki, komitənin buna qədər son sədri "Sumqayıt"ın prezidenti Riad Rəfiyev olub.