Slovakiya millisinin yeni baş məşqçisi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, milli komandaya italiyalı Françesko Kaltsona baş məşqçilik edəcək. 54 yaşlı mütəxəssislə 2023-cü ilin sonunadək müqavilə imzalanıb. O, bu postda Pavel Hapalı əvəzləyib.

Qeyd edək ki, Slovakiya millisi UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqiblərindən biridir. Kollektiv sentyabrın 22-də Azərbaycanı, 3 gün sonra isə Qazaxıstanı qəbul edəcək.