"Kəpəz" klubunun rəhbərliyi baş məşqçisi Yaşar Vahabzadə ilə görüşüb.
Offsideplus.az xəbər verir ki, görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilər ilə müqaviləyə xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasında 4 turdan sonra xal toplamayıb. Komanda sonuncu pillədə qərarlaşıb.