Yaşar Vahabzadə ilə yollarını ayıran "Kəpəz"in baş məşqçi postuna iki namizəd var.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinin "sükanı arxası"na yerli mütəxəssislərdən Şahin Diniyev və ya Tərlan Əhmədov keçəcək.
Təyinatın tezliklə açıqlanması gözlənilir.
Onu da bildirək ki, Tərlan Əhmədov Misli Premyer Liqasının 4-cü turu çərçivəsində dünən keçirilən "Səbail" - "Kəpəz" matçını (4:1) stadionda izləyib.
Elsevər Muradzadə