"Qarabağ"ın futbolçusu İbrahima Vadji karyerasını Fransada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, seneqallı hücumçu "Sent-Etyen"ə transfer olmağa yaxındır. Bu barədə "L Equipe" nəşri məlumat yayıb.
Vadjinin növbəti həftənin əvvələrində Fransaya gedəcəyi və yeni klubu ilə sözləşmə imzalayacağı bildirilib.
"Sent-Etyen" 27 yaşlı oyunçu üçün Ağdam klubuna 1 milyon avrodan çox pul ödəyəcək.
Qeyd edək ki, Vadji 2021-ci ilin yayından "Qarabağ"da çıxış edir. O, "köhlən atlar"ın heyətində 36 oyuna çıxıb, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, "Sent-Etyen" hazırda Fransa Liqa 2-də mübarizə aparır.