Misli Premyer Liqasının IV turu çərçivəsində səfərdə “Səbail”ə 1:4 məğlub olan “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
- İlk yarıda üstün idik. Təəssüf ki, cəmi birindən istifadə etdik. Fasilədən sonra pis.girdik oyuna və səhvdən qol buraxdıq. Qırmızı vərəqə aldıq, sonda da 1:4 uduzduq. Komandamız azlıqda qaldıqdan sonra da fərqlənmək istəyirdik.
- Rauf Əliyevlə Mahmud Qurbanov arasında əlbəyaxa oldu. Belə bir təcrübəyə sahib futbolçunuzun bu hərəkəti barədə nə deyə bilərsiniz?
- Heç xəbərim olmayıb. Mən indi eşidirəm. Rauf elə hərəkət edibsə, ona yaraşmır. İndi dediniz. Mahmud gənc mütəxəssisdir, dəstək olmalıyıq.
- Sizi istefaya səsləyən gəncəli azarkeşlər niyə belə edir? Bu, gəncəli futbol veteranlarının sifarişidir?
- Bunu onlardan soruşun. Biz udanda da istefaya səsləyirlər.
- Azarkeşləri avtobusla klub gətirir ki, sizi istefaya səsləsinlər?
- Nə deyə bilərəm?.. Təzyiqlər böyükdür. Bu, futbolçulara da mənfi təsir edir. Oyunçular da rahat oynaya bilmir.
- Hakimlikdən narazı idiniz...
- Olur da, hamıda emosiya olur. Oyundan sonra əl sıxdıq.
- Kantariya niyə kənara çıxarıldı?
- Altdan geyindiyi paltarda problem var idi. Ancaq bu, oyundan əvvəlki forma idi. Niyə qol.epizodunda kənarda qalmışdı, bilmirəm.