"Ağstafa" klubu fəaliyyətini bərpa edib.
Offsideplus.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, komanda 2022-2023 mövsümü üzrə Region Liqasında çıxış edəcək. "Ağstafa"nın fəaliyyətini bərpa etməsində klubun prezidenti və məşqçilər heyətinin böyük rolu olub.
Klubdan saytımıza bildirdilər ki, stadion problemi (oxu: Rayon rəhbərliyi bölgə klubuna stadionda oynamağa icazə verməyib) hələ ki, həllini tapmayıb, məsələ ilə bağlı, tədbirlər görülür. Ağstafa şəhər Mərkəz stadionunda oynamaq mümkün olmasa, komanda görüşlərini keçən mövsümdə olduğu kimi Ağstafa UGİŞM stadionunda keçirəcək.
Qeyd edək ki, klub iyul ayında maliyyə problemləri səbəbindən fəaliyyətini müvəqqəti olaraq dayandırmaq qərarı vermişdi.