"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi" ilə oyundan (1:2) sonra mətbuat konfransı keçirib.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı mütəxəssis futbolçuları Təmkin Xəlilzadə və İlkin Muradovun durumuna münasibət bildirib:
"Yaxın müddətdə onların komandaya qaytarılması gözlənilmir. Amma gələcəkdə ola bilər ki, bir yerdə işləyək. Mən onları ömrümdən silməmişəm. Sadəcə, bu gün gedişat bunu tələb edirdi, mən də bu addımı atmışam. Söhbət səhvin böyük və ya kiçikliyindən yox, davamiyyətindən gedir. Ardıcıl eyni səhvləri edən futbolçularla davam etmək mümkün deyil. Ümumiyyətlə, futbolda üçüncü yeri qənaətbəxş sayan, zəif nəticədən sonra heç nə olmamış kimi evində istirahət edən futbolçu ambisiyalı ola bilməz".
Qeyd edək ki, "Zirə" bir müddət öncə adıçəkilən futbolçuları gözlənilmədən satışa çıxarmışdı.