"Gözlədiyimiz kimi, çətin oyun alındı. Lakin hesabda geri düşməyimizə baxmayaraq, komanda şəklində sona qədər mübarizə apardıq və qələbə qazanmağı bacardıq".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Sabah"ın kapitanı Elvin Camalov deyib.
27 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının 3-cü turunda "Neftçi"yə 2:1 hesabıyla qalib gəldikləri matç barədə fikirlərini bölüşüb: "Stadionda gözəl atmosfer yaratdıqlarına və sonadək komandamızı dəstəklədiklərinə görə azarkeşlərə təşəkkür edirəm. Şadam ki, onları qələbə ilə sevindirə bildik. Lakin bu oyunu unudub, qarşıdakı matça köklənməliyik. İnanıram ki, növbəti qarşılaşmadan da yaxşı nəticə ilə ayrılacağıq".
Daşqın Əziz