"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının III turunda "Şamaxı"yla səgərdə 1:1 hesabıyla bərabərliyə qaldıqları matçdan sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
"Yaxşı oynamadıq. Düzdür, qol vurduq. Amma çətin oyun idi. Bir xal qazandıq. Amma düşünürəm ki, daha yaxşı çıxış edə bilərik. Fasilədə əvəzetmə edəsi olduq. Üç nəfər əvəzlədik. Hücumda istədiyimizi ala bilmirik. İrəlidə oynayan legionerlər hələ ki gözlədiyimizi oynamırlar. Düzdü, baxıb almışıq. Zakpa qol ötürməsi verdi. Amma hələ istədiyimizi vermirlər. Onlardan çox şey gözləyirik. Birinci hissədə bizim sağ cinah zəif idi. Kardozonun hücuma qoşulmasını istədik. Onların sol cinahı çox təhlükəli idi. Ola bilər ki, bir hücum meyilli oyunçu götürək. Lakin bunlarla davam edəcəyik".